Çernobılda balıq tutan rus əsgərləri radiasiyaya yaxalanıb

Çernobılda balıq tutan rus əsgərləri  radiasiyaya yaxalanıb backend

Bölgəni işğal edərkən Çernobıl ətrafındakı meşədə xəndək qazan və balıq tutan rus əsgərləri şüa xəstəliyinə tutulub.

Qaziler.az xəbər verir ki, bu barədə TRT Haber “The İndependetn”ə istinadla məlumat yayıb. Səlahiyyətlilər hadisəni təsdiqləyib.

37 il əvvəl partlayan və ətraf mühiti radioaktiv şüa ilə çirkləndirən AES-in yaxınlığında yaşayan ukraynalılar ruslar bölgəyə gələn zaman meşədə düşərgə salmamaq barədə onlara xəbərdarlıq ediblər. Lakin yerli sakinlərdən birinin “The Times”a verdiyi məlumata görə riskləri anlayan, lakin çox səbirsiz olan işğalçılar meşədə məskunlaşaraq, xəndəklər qazaraq, reaktorun pişik balığı ilə doldurulmuş soyuducu çuxurunda balıq tutub, heyvanları güllələyib, onları ölmüş halda yollarda buraxıblar.

Məlumatda bildirilib ki, 24 fevral 2022-ci ildə Rusiya qüvvələri Belarusdan Çernobıla keçib və 5 həftə orada qalıb. Putinin adamları 4 nömrəli reaktorun ətrafında təxminən 10 kilometr məsafədə düşərgə salıb və yerin altındakı zəhərli torpaqda müdafiə mövqeləri qazıblar. Aprelin 1-də Ukrayna qoşunları Kiyevdən əks-hücuma keçərkən, işğalçılar özlərindən geriyə zibil qalaqları qoyaraq geri çəkiliblər.

Diplomatlar meşədə xidmət edən rus əsgərlərinin sonradan şüa xəstəliyinə tutulduğunu təsdiqləyiblər. Simptomlar radiasiyaya məruz qaldıqdan sonra bir saat ərzində başlaya, bir neçə ay davam edə bilər və çox vaxt ölümlə nəticələnir.

Xatıladaq ki, Çernobıl Atom Elektrik Stansiyasında 4 nömrəli reaktor 26 aprel 1986-cı ildə partlayıb. Bu hadisə dünyanın ən pis mülki nüvə qəzası adlandırılır. Hadisə nəticəsində çoxlu insan həlak olub.

QAZİLER.AZ

Diaspora