Ukrayna səfiri məşhur İrlandiya viskisini boykot etməyə çağırdı

Ukrayna səfiri məşhur İrlandiya viskisini boykot etməyə çağırdı backend

Ukraynanın İrlandiyadakı səfiri Larisa Gerasko “Jameson” viskisini almağı dayandırmağa çağırıb. Diplomat buna səbəb kimi şirkətin məhsullarının Rusiyaya tədarük olunduğunu bildirib.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, İrlandiyanın RTE nəşri Geraskonun sözlərindən sitat gətirib. Onun fikrincə, spirtli içki istehsalçısı Rusiya tərəfini belə maliyyələşdirir:

“Demək istəyirəm ki, bir daha “Jameson” məhsullarını almayacağam. Pubları, restoranları və müştəriləri də eyni qərarı verməyə çağırıram Biz bütün şirkətləri Rusiya Federasiyası ilə istənilən ticarət əlaqələrini dayandırmağa çağırırıq”, - səfir bildirib.

Bundan əvvəl “Kristianstadsbladet” qəzeti İsveçin “Absolut” araq istehsalçısı və onun sahibi olan Fransanın “Pernod Ricard” konserninin Rusiyaya tədarükləri bərpa etdiyini yazıb. Şirkət işçilərini nəzərə alaraq hərəkət etdiyini və yerli təşkilatlara iqtisadi dayanıqlığı təmin edə biləcək miqdarda məhsul təqdim etdiyini söyləyib.

QAZİLER.AZ

Diaspora