ABŞ-ın Florida ştatında baş verən tornado yolda olan avtomobilləri uçurdub.
Qaziler.az xəbər verir ki, ştatın “Palm Beach Gardens” sahillərində çəkilən görüntülərdə tornado nəticəsində çoxlu sayda ev və avtomobilə ziyan dəydiyi görünürş. Görüntülərdə bəzi avtomobillərin tornadoya yolda yaxalandığı müşahidə edilir.
Küləyin sürəti saatda 160 kilometr olan tornado səbəbindən hətta bəzi avtomobillərin havada uçuşduğu görünüb. Bir çox avtomobillər ters çevrilsə də, tornadoda can itkisinin olmadığı açıqlanıb.
QAZİLER.AZ