Belçikada 1 May Əmək Günündə qüvvəyə minən müqavilə ilə işə velosipedlə gedənlərə velosiped pulunun verilməsi məcburi olub.
Qaziler.az HaberGlobal-a istinadla xəbər verir ki, artıq mayın 1-dən etibarən işçilər işə velosipedlə getdikləri təqdirdə hər kilometr üçün işəgötürəndən 0,27 avro müavinət alacaqlar. Bu müavinət isə vergidən azad olacaq.
Bir işçinin gündəlik velosiped pulu 40 kilometrdən çox ola bilməz. Beləliklə, velosiped pulu gündə 10,8 avro ilə məhdudlaşacaq.
İndiyə qədər işəgötürənlər velosiped pulu ilə bağlı qərar verə bilirdi. Bu çərçivədə işəgötürənlərin təxminən yüzdə 30-u velosipeddən istifadə edən işçilərinə evləri ilə iş yerləri arasındakı məsafəyə görə pul ödəyirdi.
Yeni tətbiq ilə ölkədə velosipeddən istifadənin daha da genişlənəcəyi gözlənilir.
QAZİLER.AZ