Almaniya XİN diplomatların bir hissəsinin Rusiyadan Berlinə qayıtdığını açıqlayıb

Almaniya XİN diplomatların bir hissəsinin Rusiyadan Berlinə qayıtdığını açıqlayıb backend

Almaniyanın diplomatik nümayəndəliklərinin əməkdaşlarının bir hissəsi Rusiyadan Berlinə qayıdıb.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik xatırladıb ki, martın ortalarında Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarının bir hissəsi AFR-i tərk edib. Onların fəaliyyətinin “diplomatik statusa uyğun gəlmədiyi” bildirilib.

“Rusiya hökuməti öz növbəsində Almaniya nümayəndəliklərinin eyni sayda əməkdaşını ölkəni tərk etməyi tələb edib. Onlar bu gün, mayın 1-də Rusiyanı tərk ediblər”, - Almaniya Xarici İşlər Nazirliyi sözügedən diplomatların sayını açıqlamadan əlavə edib.

QAZİLER.AZ

 

Diaspora