Bolqarıstanın Daxili İşlər Nazirliyi respublikanın baş prokuroru İvan Qeşevin həyatına sui-qəsd edildiyini açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə bnr.bg məlumat yayıb.
Milli İstintaq Xidmətinin rəhbəri Borislav Sarafovun sözlərinə görə, Qeşevin olduğu avtomobilin yanında partlayış baş verib. Hadisə yerinə gələn Sarafov baş prokurorun həyatına qəsd olması barədə fikirlərini bildirib, hadisə nəticəsində zərərçəkənlərin olmadığını da vurğulayıb.
QAZİLER.AZ