ABŞ-da Trampdan sonra bir tanınmış Baydeni qocaldığını hədəf aldı.
Amerikalı komediyaçı Roy Vud Fransadakı təqaüdçü nümayişlərini xatırladaraq: “Amerikada 80 yaşlı bir kişi bizə 4 illik bir müddət üçn yalvarır” - deyib.
Qaziler.az bildirir ki, Baydenin yenidən namizəd olmasının əleyhinə çıxanlar onu ələ salmaqdan çəkinmirlər.
ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.
Ölkədə keçirilən sorğulara görə, Baydenin yenidən namizəd olmasına onun yaşının çox olması səbəbindən qarşı çıxırlar.
Bayden yenidən seçilərsə, 80 yaşlı Bayden ikinci müddətinin sonunda 86 yaşına çatacaq.
2024-cü ildə potensial rəqibi Respublikaçı Donald Tramp tərəfindən təqlid edilən Bayden indi komediyaçının zarafatına məruz qalıb.
Bayden Ağ Ev Müxbirləri Dərnəyinin şam yeməyində komediyaçı Roy Vudun hədəfi olub.
Vud Fransada son vaxtlar pensiya yaşının artırılmasına qarşı qəzəbli etiraz aksiyalarına diqqət çəkib.
"64 yaşına qədər işləmək istəmədikləri üçün iğtişaş törətdilər”. deyən Vud, Baydenə söz atıb:
"Biz Fransada baş verən hadisələrdən ilhamlanmalıyıq. Təqaüd yaşı 2 il artaraq 64-ə çatanda üsyan etdilər. Bu arada Amerikada 80 yaşlı adam bizdən daha dörd illik vəzifə üçün yalvarır".
QAZİLER.AZ