Kənddə itən 3 yaşlı qız polis qruplarının pilotsuz uçuş aparatı tərəfindən tapılıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, şəxsiyyəti müəyyən edilən uşaq xilas edilərək ailəsinə təhvil verilib.
ABŞ-ın Vaşinqton ştatının Kittitas qraflığında yaşayan ailə polisə zəng edərək 3 yaşlı qızının itdiyini bildirib.
Kənddə yaşayan ailənin köməyinə Kittitas Şerif Departamenti gəlib.
Axtarış-xilasetmə işləri pilotsuz uçuş aparatı ilə həyata keçirilib.
Axtarışlara itlər və helikopter də qoşulub.
Pilotsuz uçan aparat qızı yaşadığı evin 300 metrliyində tək gəzdiyini görüb.
QAZİLER.AZ

