Məhv edilmiş terrorçular ümumi qəbirlərdə basdırılır Türkiyə hərbi hava qüvvəllərinin PKK-ya qarşı keçirdiyi əməliyyatların bəzi təfərrüatları açıqlanıb. Lent.az "Hürriyət"ə istinadən xəbər verir ki, sentyabrın 15-dən etibarən PKK terrorçularının ölkənin cənub-şərqindəki və Şimali İraqdakı mövqeləri ardıcı olaraq bombalanıb.
İlk olaraq Şimali İraqdakı Sinat-Haftanin düşərgəsi hədəfə alınıb və hava hücumu ilə PKK-nın 55-60 üzvü məhv edilib. Tuncelinin Ovacık adlanan hissəsindəki əməliyyatda isə 30-35 PKK terrorçusu öldürülüb.Qəzetin məlumatında qeyd edilir ki, Türkiyə silahlı qüvvələrinin hərbi təyyarələri əsasən terrorçuların istifadə etdiyi mağaraları, ağac altındakı çadırlarını, xüsusi qazılmış bunkerlərini, nəqliyyat qovşaqlarını, silah və ərzaq anbarlarını hədəf alıb.
Həvə zərbələrindən sonra ratsiya əlaqəsinə çıxan bəzi terrorçular öldürülmüş silahdaşlarını ümumi məzarlıqda basdırdıqlarını deyiblər.