Səudiyyə Ərəbistanı döyüş gəmiləri ilə Sudandan onlarla rusiyalını təxliyə edib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Rusiya Baş Konsulluğunun mətbuat katibi Ruslan Usmanov məlumat verib.
“Ruslar özbaşına evakuasiya etmirlər. Onları Səudiyyə Ərəbistanının hərbi gəmiləri çıxarır. Onlar məsələni öz üzərinə götürüblər”, - deyə o bildirib.
Usmanovun sözlərinə görə, ruslar Sudan limanından çıxarılıb, daha sonra dəniz bazasının yerləşdiyi Ciddə limanına gəliblər.
Bu günə qədər 40-a yaxın rus çıxarıla bilib. Onların əksəriyyəti artıq Səudiyyə Ərəbistanını tərk edib, bəziləri Rusiyaya qayıdıb, bəziləri başqa ölkələrə gedib.
Xatırladaq ki, Sudanda aprelin ortalarından silahlı qarşıdurma davam edir.