Zelenski bu razılaşmanın əleyhinə idi - Merkel

Zelenski bu razılaşmanın əleyhinə idi - Merkel backend

Ukrayna Prezidenti Vladimir Zelenski Minsk razılaşmalarının həyata keçirilməsinin qatı əleyhdarı idi.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.

Onun sözlərinə görə, Zelenski bu razılaşmaların həyata keçirilməsini istəmirdi:

“O, Minsk razılaşmalarının həyata keçirilə bilməyəcəyinə əmin idi, çünki onlar Ukraynada populyar deyildi. Bu məsələdə onunla fikir ayrılıqlarımız yarandı. Ona dedim ki, əlimizdə yeganə olan budur və bu çərçivədə işləməyə çalışmalıyıq”.