İsraildə etiraz aksiyasında 200 mindən çox insan iştirak edib

İsraildə etiraz aksiyasında 200 mindən çox insan iştirak edib backend

İsrail müxalifəti Knessetin (parlament) yay sessiyasının başlaması ərəfəsində məhkəmə islahatlarına qarşı növbəti kütləvi nümayiş keçirib.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Ən böyük aksiya ənənəvi olaraq Təl-Əvivdə dövlət müəssisələri kompleksi yaxınlığında keçirilib

İsrailin 13 telekanalının hesablamalarına əsasən, Təl-Əviv mitinqində 209 minə yaxın insan iştirak edib. On minlərlə insanı bir araya gətirən aksiyalar Hayfa, Kfar-Sava və Netanyada keçirilib. Daha kiçik nümayişlər İsrailin onlarla başqa şəhərində keçirilib.

 

 

Diaspora