Tiflisin sabiq merinə 4 il yarımlıq cəza kəsildi

Tiflisin sabiq merinə 4 il yarımlıq cəza kəsildi backend

Tiflisin sabiq meri Qiqi Uqulava 2 milyona yaxın dollar məbləğində dövlət vəsaitinin israf edilməsi işi üzrə günahlandırılaraq məhkəmənin hökmü ilə 4 il yarım müddətinə azadlıqdan məhrum edib.



APA-nın verdiyi məlumata görə, Q.Uqulavaya 9 illik cəza verilsə də, amnistiyalar nəzərə alınaraq sabiq mer 4 il 6 ay ərzində məhbus həyatı yaşayacaq.

Bununla belə, Q.Uqulava ilə eyni cinayət işi üzrə keçən Gürcüstanın sabiq Müdafiə naziri David Kezeraşviliyə bəraət verilib.

Q.Uqulava sentyabrın 17-də Gürcüstan Konstitusiya məhkəməsinin qərarına əsasən, 14 aylıq həbsdən sonra azad edilmişdi.
Diaspora