ABŞ-ın keçmiş prezidenti Donald Tramp sələfi Co Baydenin qocalığını ələ salıb.
Qaziler.az HaberGlobal-a istinadla xəbər verir ki, Tramp 2024-cü il seçkilərinə namizəd olan Baydenin unutqan vəziyyətini təqlid edib.
Belə ki, cümə axşamı qatıldığı tədbirdə mindən çox tərəfdarı qarşısında çıxış edən keçmiş ABŞ prezidenti Tramp ABŞ-ın hazırkı prezidenti Baydeni ələ salıb.
Tramp çıxış etdiyi səhnədə Baydenin azdığı anları təqlid edərək, "Mən prezidentliyə namizədəm? Hara? Hara gedirəm? Hansı cəhənnəmə gedirəm? Çıxmaq istəyirəm. Yox. Orada. Orada..." kimi sözlərlə lağa qoyub.
QAZİLER.AZ