ABŞ dövlət katibinin siyasi məsələlər üzrə yeni müavinin adı bəlli olub
APA-nın verdiyi məlumata görə, ABŞ dövlət katibi Con Kerri adıçəkilən vəzifəyə Tom Şennonun namizədliyini irəli sürüb.Bundan əvvəl T.Şennon ABŞ Dövlət Departamentində müşavir, ABŞ-ın Braziliyadakı səfiri və dövlət katibinin Qərb yarımkürəsi üzrə müavini vəzifələrində çalışıb.
T.Şennonun namizədliyi ABŞ Konqresinin senatı tərəfindən təsdiq edilməlidir. T.Şennon dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsində İranın nüvə proqramı üzrə danışıqlarda fəal iştirak etmiş Uendi Şermanı əvəzləyəcək. U.Şerman oktyabrın 2-də postunu tərk edəcək.