Son zamanlar iqtisadi çətinliklərlə əlaqədar bir çox texnologiya şirkəti qənaət siyasətinə əl atıb. İndiyə qədər minlərlə işçisi ilə yollarını ayırmaq məcburiyyətində qalan şirkətlər də ofisdaxili xərcləri azaltmağa başlayıblar.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Google” da iqtisadiyyatda xərcləri azaltmaq planının bir hissəsi olaraq ofisdə işçilər üçün hazırlanan çips və keks kimi qəlyanaltıları yığışdırır.
“Google” bildirib ki, aksiyanın məqsədi daim dəyişən iqtisadiyyat şəraitində xərcləri azaltmaqdır.
Şirkət süni intellekt məhsullarına artan tələbat da daxil olmaqla, digər faydalı təşəbbüslərə daha çox resurs ayırmağı planlaşdırır.
"Google"un sözçüsü Ryan Lamont qida kimi bəzi qəlyanaltıların yığışdırılmasının şirkətin digər maliyyə ehtiyaclarını yaxşılaşdırılacağına işarə edib.
QAZİLER.AZ