NATO-nun baş katibi Yens Stoltenberq sentyabrın 21-22-də Kiyev və Lvova səfər edəcək.
APA-nın verdiyi məlumata görə, Y.Stoltenberq səfər çərçivəsində Ukrayna prezidenti Pyotr Poroşenko, baş nazir Arseniy Yatsenyuk və Ali Radanın spikeri Vladimir Qroysmanla görüşəcək.Şimalı Atlantika Alyansının rəhbəri Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında iştirak edəcək.
Y.Stoltenberq və P.Poroşenko həmçinin Lvov vilayətindəki Yavorski poliqonunda “Ukrayna-2015” fövqəladə halların aradan qaldırılması üzrə birgə təlimlərin açılışında iştirak edəcəklər.
Səfər çərçivəsində NATO və Ukrayna hökuməti arasında bir sıra sənədlər imzalanacaq.