Aktau şəhərində “Mərkəz-2015” hərbi təlimlərin keçirildiyi zaman Qazaxıstan ordusunun 4 BTR-i Xəzər dənizində batıb, 4 əsgər ölüb.
APA-nın verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Müdafiə nazirliyinin məlumatında bildirilir.
“Sentyabrın 18-də, “Mərkəz-2015” hərbi təlimlərinin ikinci mərhələsində dənizə altı BTR-80 və 52 hərbi qulluqçu çıxıb. Güclü külək və hündür dalğalar nəticəsində BTR-lərdən 4-ü dənizdə batıb”, məlumatında deyilir.
Qazaxıstanın Müdafiə naziri İmanqali Tasmaqambetov insidentin araşdırılması üçün xüsusi qrup yaradıb, insidentin başvermə səbəbləri və təfərrüatlarının müəyyənləşdirilməsi üçün hadisə yerinə ezam edib.