Sudan ordusundan Türkiyə təxliyə təyyarəsinə edilən hücumla bağlı açıqlama

Sudan ordusundan Türkiyə təxliyə təyyarəsinə edilən hücumla bağlı  açıqlama backend

Sudan ordusu Çevik Dəstək Qüvvələrini (HDK) ölkədə qalan Türkiyə vətəndaşlarını çıxarmaq üçün gələn 'C-130' tipli Türkiyə təxliyə təyyarəsinə hücum etməkdə günahlandırıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ordunun verdiyi açıqlamada: “Türkiyənin “C-130” təxliyə təyyarəsi bu gün səhər Vadi Seyyidna hava limanına enməyə yaxınlaşarkən üsyançılar tərəfindən hücuma məruz qalıb”, -  ifadəsindən istifadə edilib.

Hücum nəticəsində təyyarənin yanacaq çənlərinin zədələndiyi və ekipaj üzvlərindən birinin yaralandığı, yerli vaxtla saat 07:25-də təyyarənin təhlükəsiz eniş etdiyi və hava limanında təmir edildiyi bildirilib.

Çeviç Dəstək Qüvvələri ordunun ittihamlarını rədd edib.

QAZİLER.AZ

Diaspora