Sloveniya polisi Xorvatiya ilə sərhəddə miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib.
APA-nın verdiyi məlumata görə, insident “Harmitsa” nəzarət-keçid məntəqəsində qeydə alınıb.Miqrantlar polis kordonlarını yararaq Sloveniya ərazisinə keçməyə cəhd edib. İnsident nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilir.
Qeyd edək ki, Sloveniya sentyabrın 18-də qaçqın axını ilə əlaqədar Xorvatiya ilə dəmir yol əlaqəsini kəsib.