Rusiyanın Ukraynaya utancverici hücumları...- Slovakiya prezidenti

Rusiyanın Ukraynaya utancverici hücumları...-  Slovakiya prezidenti backend

Slovakiya prezidenti Zuzana Çaputova və Çexiya prezidenti Petr Pavel bu gün səhər saatlarında Kiyevə gəliblər. Onlar Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəklər.

Qaziler.az bildirir ki, bu barədə Slovakiya prezidenti Zuzana Çaputova Facebook səhifəsində yazıb.

Səfərin birinci hissəsində Çexiya və Slovakiya prezidentləri ötən ilin yazında Rusiyanın hərbi cinayətlərinin simvoluna çevrilmiş Borodianka və Buça şəhərlərinə səfər edəcəklər.

"Çexiya Prezidenti ilə Ukraynaya birgə səfər Slovakiya və Çexiya dövlət başçıları arasında münasibətlərin yeni dövrünü təsdiqləyir. Bu, bizim xaricə ilk birgə səfərimizdir və onun Ukraynaya istiqamətlənməsinə şadam". Çaputova yazıb.

Onun sözlərinə görə, o və Çexiya prezidenti Kiyevə “qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq rəmzi” aparıblar.

Slovakiya prezidenti bu gecə rusiyalıların Ukraynaya raket hücumlarına da münasibət bildirib:

"Günahsız dinc əhalinin həlak olduğu Ukraynanın şəhərlərinə, o cümlədən Dnepr və Umana bugünkü utancverici hücumlar xatırladır ki, biz gözümüzü ayıra bilmərik", - deyə o, bildirib.

QAZİLER.AZ

 

 

Diaspora