Ukraynaya silah verməkdən imtina edən Braziliya prezidenti: "Rusiya bilsə..."

Ukraynaya silah verməkdən imtina edən Braziliya prezidenti: "Rusiya bilsə..." backend

Braziliya Almaniya hökumətinin döyüş sursatlarının Ukraynaya göndərilməsi xahişini münaqişənin iştirakçısı olmaq istəmədiyinə görə rədd edib.

Qaziler.az-ın məlumatına görə, bu barədə Braziliya prezident Luiz İnasio Lula da Silva “El Pais” qəzetinə müsahibəsində bildirib. O əlavə edib ki, münaqişədə həmişə qalib olmamalı, sülh yolu ilə həllə çalışmaq lazımdır.

“Almaniya kansleri Braziliyaya səfər edəndə bizdən müharibə üçün Almaniyadan alınmış tanklar üçün mərmi verməyi xahiş etdi. Mən Şoltsa dedim ki, onları satmaq fikrində deyiləm, çünki bir mərmi belə atılsa və Rusiya Braziliyanın onu satdığını bilsə, Braziliya müharibəyə girəcək”, - deyə dövlət başçısı bildirib.

QAZİLER.AZ

Diaspora