İspaniyanın Sevilya şəhərində hər il keçirilən "Feria De Abril" adlanan Bahar Festivalı bu il təkcə rəngli görüntülərlə deyil, yaşanan faciə ilə gündəm olub.
Qaziler.az HaberGloba-a istinadla xəbər verir ki, ölkədə havanın temperaturunun mövsüm normalarından yüksək olması paradda iştirak edən atların ölməsinə səbəb olub.
Festival zamanı atın yıxılaraq öldüyü anlar sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən sonra festivalda baş verənlər heyvansevərləri ayağa qaldırıb.
QAZİLER.AZ