Meksika prezidenti koronadan huşunu itirib

Meksika prezidenti koronadan huşunu itirib backend

Meksika prezidenti Andres Manuel Lopez Obrador iclas zamanı “Covid-19” səbəbindən huşunu itirdiyini açıqlayıb.

Qaziler.az “AA”ya istinadla xəbər verir ki, bu barədə Obrador sağlamlıq durumu ilə bağlı Milli Sarayda verdiyi açıqlamasında bildirib. O, koronavirusdan qan təzyiqinin qəfil düşdüyünü və qısa müddətə huşsuz vəziyyətdə qaldığını deyib.

Təcili yardım helikopteri ilə paytaxt Mexikoya aparıldığını deyən Obrador xəstəxanaya xərəklə aparılmadığını vurğulayıb.

Obrador ürəyində problemin olmasına baxmayaraq, koronavirusun ürəyinə təsir etmədiyini qeyd edib.

Evində karantində olduğunu ifadə edən Obrador, sağlamlığına qovuşana qədər daxili işlər naziri Adan Augusto Lopez Hernandez tərəfindən gündəlik mətbuat konfransları keçiriləcəyini söyləyib.

Qeyd edək ki, 2021-ci ildən bəri iki dəfə “COVID-19”a yoluxan 69 yaşlı Meksika prezidenti 2013-cü ildə infarkt keçirib.

QAZİLER.AZ

Diaspora