Partlayışdan sonra ərazidə dayanan avtomobilərin əksəriyyəti yanıb. Cənubi Sudanda benzin tankerində güclü partlayış baş verib. ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində 176 nəfər həyatını itirib. Partlayışa ölkənin Maridi şəhərində baş verib. 176 nəfərin ölümünə səbəb isə yoldan çıxaraq aşan avtomobildən axan benzin olub.
Vilson Tomas adlı bir hökümət rəsmisi bildirib ki, yük avtomobili aşdıqdan sonra sürücü kömək çağırmaq üçün ərazidən uzaqlaşıb. Maşınındakı tankerdən benzinin yerə dağıldığını görən yerli sakinlər tez ərziyə gələrək dağılan benzini özləri ilə gətirdikləri qablara yığmaq istəyiblər. Bu zaman baş verən güclü partlayış kütləvi ölümə səbəb olub. Partlayışdan sonra ərazidə dayanan avtomobilərin əksəriyyəti yanıb.