Ərəb astronavt kosmosdan Məkkə və Mədinənin görüntüsünü çəkdi - VİDEO

Ərəb astronavt kosmosdan Məkkə və Mədinənin görüntüsünü çəkdi - VİDEO backend

Beynəlxalq Kosmik Stansiyada xidmət edən Birləşmiş Ərəb Əmirliklərinin astronavtı Sultan Neyadi kosmosdan Məkkə və Mədinənin şəklini çəkib.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, BƏƏ astronavtı Sultan Neyadi martın 3-də İlon Maskın “SpaceX” kosmik şirkətinə məxsus “Crew 6” vasitəsi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Stansiyada 6 ay xidmət edəcək Neyadi kosmosdan çəkdiyi görüntü və videoları şəxsi sosial media hesabında paylaşır.

Sultan Neyadi Məkkə və Mədinəni kosmosdan lentə alıb. Yazısında Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizə işarə edən astronavt şəkilləri “Salmanın uşaqlarına həsr olunmuş hədiyyə” kimi şərh edib.

Videoda Məkkə və Mədinənin tam işıqlandırıldığı və par-par parladığı göstərilir.

Aprelin 28-də kosmosa çıxaraq bu missiyanı yerinə yetirəcək ilk ərəb astronavt olacaq Neyadi ölkəsini təmsil etməkdən qürur duyduğunu bildirib.

QAZİLER.AZ

Diaspora