Rusiya Ukraynaya hərbi müdaxiləyə başlayandan bəri böyük itkilər verib. Bununla belə, işğalçı ölkənin arsenalında hələ də çoxlu döyüş gücü var.
Qaziler.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı baş komandanı, general Kristofer Kavoli deyib.
"Rusiyanın quru qoşunları bu münaqişə nəticəsində bir qədər deqradasiyaya uğrayıb, baxmayaraq ki, bu gün onlar başlanğıcdakından daha çoxdur. Hərbi Hava Qüvvələri çox az itki verib, 80 təyyarə itirib. Onların daha 1000 qırıcı və qırıcı-bombardmançı təyyarəsi var. Hərbi Dəniz Qüvvələri bir gəmisini itirib", -deyib.
Pentaqonun internetə sızan məxfi sənədlərinə görə, mövcud 544 rus batalyonundan 527-si Ukraynaya qarşı müharibəyə göndərilib; onlardan 474-ü artıq ölkədədir.
QAZİLER.AZ