NATO ölkələri vəd etdiyi texnikanın 98%-ni Ukraynaya çatdırıb - Stoltenberq

NATO ölkələri vəd etdiyi texnikanın 98%-ni Ukraynaya çatdırıb -  Stoltenberq backend

NATO ölkələri Ukraynaya vəd etdiyi zirehli texnikanın demək olar ki, hamısını təhvil verib. Söhbət 2 minə yaxın hərbi texnikadan gedir.

Qaziler.az bildirir ki, bu barədə  NATO-nun baş katibi Yens Stoltenberqin aprelin 27-də keçirdiyi brifinqdə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, Ukrayna ərazilərini rus işğalçılarından azad etmək üçün hərbi potensiala malikdir. Baş katib vurğulamışdır ki, alyans demək olar ki, bütün vəd edilən texnikanı təmin etmişdir.

"Müttəfiqlər və NATO tərəfdaşları Ukraynaya görünməmiş dəstək göstəriblər. Ukraynaya vəd edilən döyüş maşınlarının 98%-dən çoxu artıq çatdırılıb", - Stoltenberq bildirib.

NATO-nun baş katibi əlavə edib ki, söhbət 1500-dən çox zirehli texnika, 230 tank və digər texnika, o cümlədən külli miqdarda sursatdan gedir. O vurğulayıb ki, alyans Ukrayna ərazilərini azad edəcək Ukrayna Silahlı Qüvvələrinin 9 briqadasını silahlandırıb.

QAZİLER.AZ

Diaspora