Mədəniyyəti “dar“ xalq artistləri

Mədəniyyəti “dar“ xalq artistləri backend

"Bizim üstünlüyümüz ondadır ki, əhalimiz artır. Demək olar ki, qonşu ölkələrin bir neçəsində demoqrafik tənəzzül yaşanır, xüsusilə Ermənistanda. İndi orada yaşayanların sayı kəskin şəkildə aşağı düşüb. Ona görə ki, böyük köç var, orada insanlar artıq o şəraitə dözmürlər."

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsu ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

Dövlət başçısı qonşu ölkədə təbii artımın yoxluğunu söyləyib, bizdə isə əhalinin artmasını Azərbaycan üçün çox böyük üstünlük hesab edib. İlham Əliyev diqqətə çatdırıb ki, bununla bərabər, iqtisadiyyatımız buna uyğun şəkildə artmalıdır. Hər il Azərbaycanda əhalinin sayı təqribən 100 min nəfər artır, bəlkə də çox. Gələcəkdə daha da çox artacaq.

Dövlət başçısı neft siyasəti ilə bağlı açıqlama da verib və bildirib ki, biz neft siyasətində bütün lazımi işləri gördük: "Bu gün ölkəmiz, xalqımız üçün onilliklər bundan sonra imkan yaradan “Cənub” qaz dəhlizi layihəsini icra edirik. İnfrastruktur layihələri demək olar ki, başa çatır.
Azərbaycan prezidenti son illərdə 1 milyondan artıq yeni iş yerinin yaradıldığını, bunun daimi proses olmasının, məşğulluğun artırılmasının, işsizliyin tam aradan qaldırılmasının və insanların daha da yaxşı yaşamasının, istənilən xarici bazara ixrac edə biləcək məhsulların istehsal olunmasının vacibliyini söyləyib. O bildirib ki, Azərbaycan dünyaya özünü böyük həcmdə ərzaq istehsal və ixrac edən ölkə kimi də təqdim edəcək. Bu halda iqtisadi inkişaf dayanıqlı olacaq. Bizim iqtisadiyyatımız neftin qiymətindən daha da az asılı olacaq. Çünki indi dünyada gedən maliyyə-iqtisadi böhranı istər-istəməz bizə də təsir edir. Neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb. Amma biz bütün sosial layihələri icra edirik, biri də dayanmayıb. İnfrastruktur layihələri icra edilir, ölkəyə investisiyalar qoyulur.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan dünyada yaşanan bu çətin dövrdə də nümunə göstərir: "Ona görə də təsadüfi deyil ki, bu gün Azərbaycanın uğurlu inkişaf modeli haqqında məqalələr yazılır. Əminəm ki, yaxın gələcəkdə elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək. Azərbaycan möcüzəsi, doğrudan da möcüzədir. Belə bir geosiyasi vəziyyətdə inkişaf etmək, sabitliyi möhkəmləndirmək, ölkəni qabağa aparmaq doğrudan da Azərbaycan xalqının böyük qəhrəmanlığıdır."

Ermənistanda Milli Statstika Xidmətinin məlumatına görə, 2015-ci ilin 6 ayı ərzində respublikada təbii artımın azalması qeydə alınıb. Doğum sayı çox düşüb. Bu ilin ilk yarısında ölkədə 18719 uşaq doğulub. 2014-cü ilin eyni dövründə 19249 uşaq dünyaya gəlib. Bu isə 2,8% azalma deməkdir. Ölkə əhalisinin ümumi sayında da 2014-cü illə müqayisədə azalma var. Bu miqrasiyanın doğurduğu mənfi saldonun nəticəsidir.

Beləliklə, 2015-ci il iyulun 1-nə əhalinin sayı 3 milyon 5500 insan təşkil edir. Amma bu rəqəm 2014-cü ildə 3 milyon 9800 nəfər olub. Nəticədə əhali 4300 nəfər azalıb.

Diaspora