ABŞ-da fermada iki başlı və dörd gözlü buzov doğulub
Qaziler.az bildirir ki, ABŞ-ın Minnesota ştatında mutant buzov doğulub.
Bu barədə “Daily Star” məlumat yayıb.
Heyvanın iki başı, dörd gözü, iki ağzı və iki burnu var idi. “Mən dəhşətə gəldim. Əvvəllər belə bir şey görməmişdim”, - 41 yaşlı ferma sahibi Metyu Hoheysel deyib.
Ferma sahibi əlavə edib ki, həmişə bəxti gətirməyib: onun inəklərindən doğulan buzovlar daim xəstələnir və ölür.
Hoheyzel buzovu tapanda o, artıq ölübmüş.
QAZİLER.AZ