Ukrayna Avropa İttifaqına üzvlük meyarlarına cavab vermək üçün islahatlar aparır. Bu ölkənin Avropa İttifaqına daxil olması yaxın gələcəkdə baş tuta bilər.
Qaziler.az ANSA-ya istinadən xəbər verir ki, bunu İtaliya prezidenti Sercio Mattarella Romada Ukraynanın baş naziri Denis Şmıxalla görüşündə deyib.
“İtaliya Ukraynanın ən qısa zamanda Avropa İttifaqına qoşulacağına qəti əminliyini ifadə edir”, - deyə o, qeyd edib.
Mattarella həmçinin Ukraynanı “bütün sahələrdə və lazım olan müddətə” dəstəkləyəcəyinə zəmanət verib.
QAZİLER.AZ