Pakistan Baş naziri Şahbaz Şərifin "Hürjet" paylaşımı: - VİDEO

Pakistan Baş naziri Şahbaz Şərifin "Hürjet" paylaşımı:  - VİDEO backend

Pakistanın baş naziri Şahbaz Şərif Ərdoğanı təbrik edərək: "TF-X layihəsində Türkiyəyə daha çox uğurlar arzulayıram" - yazıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Pakistanın baş naziri Şahbaz Şərif Ərdoğanın paylaşdığı görüntüyə istinad edərək təbrik mesajı yazıb.

"Yüngül döyüş təyyarəsi "Hürjet"in uğurlu ilk uçuşu münasibətilə qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edirəm.

Şübhəsiz ki, Türkiyə dövləti və Türkiyə müdafiə sənayesi üçün böyük uğurdur. Qardaş Türkiyəyə TF-X layihəsində daha çox uğurlar arzulayıram".

Xatırladaq ki, Türkiyənin ilk yerli və milli pilotlu səsdən sürətli reaktiv təyyarəsi ilk uçuşunu uğurla başa vurub.

Prezident Rəcəb Tayyib Ərdoğan Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan "Hürjet" təyyarəsinin anqardan ilk uçuşunu edərkən görüntülərini paylaşıb.

QAZİLER.AZ

Diaspora