Çexiya, Slovakiya və Polşadan Ukrayna ÇAĞIRIŞI

Çexiya, Slovakiya və Polşadan Ukrayna ÇAĞIRIŞI backend

Çexiya, Slovakiya və Polşa baş nazirləri qəbul etdikləri birgə bəyanatda Ukraynaya beynəlxalq dəstəyin davam etdirilməsinə çağırıb və Kiyevin uduzacağı təqdirdə növbənin Mərkəzi Avropaya çata biləcəyinə işarə ediblər.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Çexiyanın Baş naziri Petr Fiala, Slovakiyanın Baş naziri Eduard Heger və Polşanın Baş naziri Mateuş Moravetskinin imzaladığı birgə bəyanatı Çexiya Xarici İşlər Nazirliyi paylaşıb.

Ukraynaya beynəlxalq dəstəyin davam etdirilməsinə çağırış edilən bəyanatda mövcud gərginlikdə təcavüzkar tərəfin özünü büruzə verdiyi bildirilib.

"Rusiya qalib gəlsə və Ukrayna məğlub olsa, növbədə Mərkəzi Avropa ola bilər. Sülh yalnız Ukraynanın şərtləri ilə əldə edilməlidir", - deyə bəyanatda bildirilir.

Rusiyanın müharibədə ən çox sevdiyi metodun “münaqişəni donduraraq vaxt qazanmaq” olduğuna diqqət çəkən açıqlamada beynəlxalq ictimaiyyətdən daha səbirli olmaları istənilib.

QAZİLER.AZ

Diaspora