Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında 72 saatlıq atəşkəsə baxmayaraq, qarşıdurmalar davam edir.
Qaziler.az Türkiyə mətbuata istinadən bildirir ki, qarşıdurmalarda ölənlərin sayı 459-a çatıb.
Ölkədə ordu ilə Çevik Dəstək Qüvvələri arasında atəşkəs əldə olunsa da, atışma dayanmayıb.
Ümumdünya Səhiyyə Təşkilatı münaqişələrdə ölənlərin sayının 420-dən 459-a, yaralıların sayının isə 4072-yə yüksəldiyini açıqlayıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Afrika Regional direktoru Patrik Yusif bəyan edib ki, atəşkəs bütün ölkə ərazisində davam etdirilməli və mülki şəxslərə vaxt verilməlidir.
QAZİLER.AZ
