“Vaqnerçi”lərin keçmiş komandiri Norveçdə dava saldı, məhkəmədə etiraf etdi

“Vaqnerçi”lərin keçmiş komandiri Norveçdə dava saldı, məhkəmədə etiraf etdi backend

Bu il Rusiyadan Norveçə qaçan "Vaqner" ÖHŞ-nin keçmiş komandiri Andrey Medvedev davada iştirak etmək etdiyini etiraf edib.

Qaziler.az bildirir ki, bu barədə  "The Guardian" xəbər verir.

Medvedev məhkəmədə bildirib ki, fevralın 22-də Osloda barların birinin yanında həqiqətən dava salıb. O, bu ölkədə qanunsuz olan pnevmatik tapança da gəzdirdiyini etiraf edib. Eyni zamanda, saxlanılan şəxs polis əməkdaşına qarşı zorakılıq törətməkdə təqsirini etiraf etməyib, buna görə onu üç il həbs cəzası gözləyir.

Medvedevin özü məhkəmədə polisə zərər vermək niyyətində olmadığını iddia edib. Eyni zamanda, şübhəli şəxs pnevmatik tapança gəzdirməsini kiminsə ona hücum edəcəyi qorxusu ilə əsaslandırmağa çalışıb.

Prokuror Medvedevin artıq həbsdə keçirdiyi 5 gün də daxil olmaqla, polis əməkdaşlarına qarşı zorakılığa görə 18 günlük həbs cəzası və özünü təqsirli bildiyi digər cinayətlərə görə şərti cəza istəyib.

Məhkəmənin hökmü mayın 2-dək elan ediləcək.

QAZİLER.AZ

Diaspora