Sudanda təhlükəli xəstəliklərin nümunələri olan laboratoriya ələ keçirilib

Sudanda təhlükəli xəstəliklərin nümunələri olan laboratoriya ələ keçirilib backend

“Sudandakı münaqişə tərəflərindən birinin silahlı qüvvələri poliomielit və qızılca da daxil olmaqla təhlükəli xəstəliklərin nümunələri olan mərkəzi dövlət laboratoriyasını nəzarətə götürüb”.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sudandakı nümayəndəsi Nima Səid Abid “Əl-Ərəbiyyə” kanalına deyib. Onun sözlərinə görə, silahlı birləşmələrin hərəkətlərindən ciddi bioloji təhlükə riski yaranıb.

Xatırladaq ki, aprelin ortalarından Sudanda general Məhəmməd Həmdan Daqlonun Çevik Qüvvələri ilə nizami ordu arasında toqquşmalar gedir. Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə döyüşlər nəticəsində ölənlərin sayı 600 nəfərə çatıb.

QAZİLER.AZ

Diaspora