Dünyanın ən məşhur internet sürəti ölçmə platformalarından biri olan “Speedtest” 2023-cü ilin birinci rübünün sürət məlumatlarını paylaşıb.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkə daxilində mobil və genişzolaqlı internet sürətlərini ölçən platforma ən sürətli və ən yavaş internet sürətinə malik ölkələrin siyahısını dərc edib.
“Speedtest”in məlumatına görə, orta mobil internet yükləmə sürəti 178,25 mbps olan Birləşmiş Ərəb Əmirlikləri ən sürətli internet sürətinə malik ölkə olub, ikinci yerdə isə 174,56 Mbps ilə Qətər gəlir. Üçüncü yeri 143,55 Mbit/s orta mobil internet sürəti ilə Norveç tutur.
Speedtest-in açıqladığı genişzolaqlı internet məlumatlarına baxdığımızda reytinq xeyli dəyişir. Sinqapur dünyanın ən sürətli genişzolaqlı internet sürətinə malik ölkədir, yükləmə sürəti 235,40 Mbit/s; Birləşmiş Ərəb Əmirlikləri 221,87 Mbps ilə ikinci, Çili isə 220,39 ilə üçüncüdür.
QAZİLER.AZ