Dənizlərin və okeanların günəş dəyən səthlərində yaşayan yeni virus növü aşkar edilib.
Qaziler.az “HaberGlobal”a istinadla xəbər verir ki, "mirusviruslar" adlanan orqanizmlər həm nəhəng, həm də herpes virusları ilə əlaqələndirilir.
“Mirus” sözü latın dilində ecazkar və qəribə mənasını verir. Bu barədə “Hature” almi jurnalda ətraflı məlumat dərc edilib. Məqalədə bu virusun əslində Duplodnaviria adlı viruslar aləminə aid olduğu bildirilib. Duplodnaviria herpes virusları da daxil olmaqla, böyük ikiqat zəncirli DNT viruslarından ibarətdir.
Araşdırmalara görə, mirusviruslar insanlara təsir etmir. Onlar yalnız birhüceyrəli planktonu yoluxdurmağa meyllidirlər. Amma bu o deməkdir ki, herpes viruslarının əcdadları bir zamanlar dənizlərdəki təkhüceyrəli orqanizmləri də yoluxdurublar.
“Independent Turkish”ə görə, mirusvirus genlərinin çoxu nəhəng virusların genlərinə bənzəyir. Bunlar, sözün əsl mənasında böyük viruslardır.
Yeni viruslar Fransanın "Tara Ocean" kəşf gəmisində ekspedisiya zamanı toplanmış məlumatların araşdırılması nəticəsində aşkar edilib.
QAZİLER.AZ