Keniyanın Malindi qəsəbəsində ac qalaraq İsa peyğəmbərə qovuşacaqları vəd edilən” və ölüm orucunda dünyasını dəyişənlərin sayı artıb.
Qaziler.az “timetur.com”a istinadla xəbər verir ki, Malindi polis rəisi Çarlz Kamau verdiyi açıqlamada Malindidəki “Good News İnternational” kilsəsi yaxınlığındakı Şakahola meşəsində tapılan cəsədlərin sayının 73-ə çatdığını deyib.
Kamau cəsədlərinin çoxunun kütləvi məzarlıqdan çıxarıldığını və hadisə ilə əlaqədar daha 3 nəfərin saxlanıldığını deyib.
Keniya Qırmızı Xaç Cəmiyyətindən verilən açıqlamada 112 nəfərin itkin düşdüyü qeyd edilib.
Milli mətbuatda çıxan xəbərlərə görə, sözügedən kilsənin keşişi Paul Mackenzie Nthenge kilsəsindəki insanlara ac qaldıqları halda Hz. İsa peyğəmbər ilə görüşəcəklərinə söz verib. Hazırda keşiş saxlanılıb, bütün meşə ərazisi isə "cinayət yeri" elan edilib.
QAZİLER.AZ



