“Google” avtomobil istehsalından imtina edir

“Google” avtomobil istehsalından imtina edir backend

“Google” korporasiyasının özü özünü idarə edən avtomobillərə böyük marağının olmasına baxmayaraq, İT nəhənginin avtomobil istehsalı ilə məşğul olmağa həvəsi yoxdur.

İKT.lent.az-ın “3dnews.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Frankfurtda keçirilən avtomobil sərgisi zamanı “Google” korporasiyasının Almaniya, Avstriya və İsveçrə üzrə icraçı direktoru Filipp Yustus deyib. O, şirkətin gələcək planları ilə bağlı spekulyasiyaya son qoymaq üçün bildirib ki, “Google” avtomobil istehsalçıları ilə əməkdaşlıqda maraqlıdır, lakin onlara rəqib olmaq niyyətində deyil.

Şirkət həqiqətən də hazırda böyük sayda avtomobil istehsal etmək imkanında deyil. Lakin bu, şirkətin avtomobil biznesində iştirakına mane ola bilməz. “Google” avtomobillərin satışı və onların sonrakı təminatı ilə məşğul olmaq imkanındadır. Bununla belə, artıq bir çox avtomobil istehsalçıları özlərinin avtonom idarəetmə texnologiyaları üzərində işləyirlər və tanış olmayan texnologiyalar naminə (hətta bu texnologiyalar “Google” tərəfindən yaradılsa da) bundan imtina etməyə razılıq verməyəcəklər. Bu məsələdə “Google” həqiqətən bu şirkətlər üçün potensial tərəfdaşdan çox rəqib olacaq.

Diaspora