AŞPA-nın müşahidə missiyası seçkiqabağı Bakıya gəlir

AŞPA-nın müşahidə missiyası seçkiqabağı Bakıya gəlir backend

İspaniyalı parlamentar Yordi Çuklanın başçılığı ilə 5 nəfərlik AŞPA nümayəndə heyəti seçkiqabağı durumu öyrənmək üçün 21-22 sentyabr tarixlərində Azərbaycana səfər edəcək.

APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, səfərin məqsədi 1 noyabr tarixində Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı seçki sistemini və seçki kampaniyasını dəyərləndirməkdir. Nümayəndə heyəti parlamentin spikeri, parlamentdə təmsil olunan parlament qrupları və partiya liderləri, həmçinin, parlamentdə təmsil olunmayan müxalif partiya liderləri ilə görüşəcək. Bundan başqa, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Mərkəzi Seçki Komissiyasının sədri və Qeyri-Hökumət Təşkilatlıarı, media nümayəndələri ilə də görüş planlaşdırılır.

Nümayəndə heyəti seçki öncəsi səfərlər bağlı yazılı bəyanat hazırlayacaq.

Nümayəndə heyətinin tərkibinə, həmçinin, Almaniyadan Franck Schwabe, keçmiş Yuqolsaviya Respublikası və Makedoniyadan Aleksandar Nikoloski, Türkiyədən Egemen Bağış və İspaniyadan Aqustin Konde daxildir.
Diaspora