Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Moldovada Mülki Missiyanın yaradılmasına razılıq verib.
Müvafiq qərar bu gün Aİ XİN başçılarının iclasında qəbul olunub.
Aİ Mülki Missiyası Moldovaya dezinformasiya, kiber və digər hibrid hücumlara qarşı mübarizədə yardım edəcək. Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib ki, blok Moldovanı dəstəkləməyə sadiqdir.
"Aİ Moldovanın təhlükəsizliyini və dayanıqlılığını qorumaq üçün onu dəstəkləməyə sadiqdir. Biz bu gün mülki missiyanı - Aİ-nin Moldovaya Tərəfdaşlıq Missiyasını yaradırıq. O, Moldovanın böhran idarəetmə strukturlarını və hibrid təhdidlərə qarşı mübarizə aparmaq imkanlarını gücləndirəcək", - Borrel "Twitter"də bildirib.
APA