Sudanın paytaxtı Xartumdakı ən qədim Kobar həbsxanasına hücum edilib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Bildirilib ki, bir çox məhbus qarışıqlıqdan istifadə edərək qaça bilib.
Bundan əvvəl cəzaçəkmə müəssisəsinin yaxınlığında Sudanın milli ordusu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlıları) arasında toqquşmalar baş verib.
Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşir və keçmiş dövlət başçısının bir çox silahdaşı hazırda Kobar həbsxanasındadır.
"Əl Hadath"ın son məlumatına görə, bütün siyasi məhbuslar həbsdə qalır.