Berlində GƏRGİNLİK : bu tarixə olan uçuşlar ləğv edild

Berlində GƏRGİNLİK : bu tarixə olan uçuşlar ləğv edild backend

Berlin hava limanı işçilərin tətili səbəbindən aprelin 24-ə olan bütün uçuşları ləğv edib.

QAZİLER.AZ Publika.az-a istinadən  xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

“Aviasiya təhlükəsizliyinə nəzarət məntəqələrində işçilərin elan edilmiş xəbərdarlıq tətili ilə əlaqədar olaraq, bazar ertəsi sərnişin reysləri mümkün deyil”, - məlumatda deyilir.

Hava limanı bütün tərəfdaşlarını, o cümlədən aviaşirkətləri və yerüstü xidmət şirkətlərini uçuşların ləğvi barədə məlumatlandırıb.

Sərnişinlərdən biletlərini yenidən bron etmək üçün aviaşirkətlər və ya səyahət agentlikləri ilə əlaqə saxlamaları istənilib.

 

 

Diaspora