Səudiyyə Ərəbistanın Məkkə şəhərində yerləşən otelin 8-ci mərtəbəsində yanğın baş verib. APA TV-nin məlumatına görə, yanğın zamanı oteldəki müştərilərdən 2 nəfər yaralanıb.
Yanğınla əlaqədar oteldəki 1028 nəfər təxliyə edilib. Yanğının səbəbi barədə hələlik heç bir məlumat verilməsə də, 11 mərtəbəli oteldə qalanların çoxunun asyalı olduğu bildirilib. Qeyd edək ki, 11 sentyabrda Məkkədə kranın aşması nəticəsindən 115 nəfər ölüb. İyul ayında baş verən yanğında isə, 5 nəfər yaralanıb. Səudiyyə hökumətindən verilən açıqlamada bildirilir ki, Həcc ziyarəti ilə əlaqədar 3 milyondan çox ziyarətçi qəbul olunub.