Yunanıstan prezidenti Katerina Sakellaropulunun sərəncamı ilə mayın 21-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yunanıstan parlamenti şənbə günü buraxılıb.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Afina Makedoniya Xəbər Agentliyi məlumat yayıb.
Ənənəyə uyğun olaraq parlamentin buraxılması və mayın 21-nə seçkilərin təyin edilməsi haqqında prezidentin sərəncamı axşam saatlarında ali qanunverici orqanın mühafizəsinin rəisi, briqada generalı Fotis Duitsis tərəfindən parlamentin şərq girişinin qapısındakı xüsusi lövhədə yerləşdirilib.