Macarıstanın Serbiya ilə sərhədini bağlamasından sonra hara gedəcəyini bilməyən qaçqınlar Xorvatiyaya doğru irəliləməyə başlayıblar. APA TV-nin məlumatına görə, qaçqınlar Xorvatiyanın şərqindəki Tovarnikdəki qatar stansiyasına axın edərək polis barrikadalarını dağıdıblar.
Xorvat polisi qaçqınlara müdaxilə etməyə çətinlik çəkib. Ölkələrindəki müharibədən qaçanlar Almaniyaya getmək istədiklərini bildiriblər. Xorvatiya polisinin yaydığı məlumatda qeyd olunur ki, son 48 saat içində 6500 qaçqın ölkələrinə sığınıb. Xorvatiya Daxili İşlər Nazirliyi bildirib ki, bundan artıq qaçqını qəbul edə bilməyəcəklər.