Zelenskidən Rusiya ilə bağlı daha bir qadağa

Zelenskidən Rusiya ilə bağlı daha bir qadağa backend

Prezident Vladimir Zelenski Ukraynada toponimlərin “dekolonizasiyasını” nəzərdə tutan “Coğrafi adlar haqqında” qanunu imzalayıb.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının rəsmi internet portalı məlumat yayıb.

Bu qanuna əsasən, indi Ukraynada coğrafi obyektlərə Rusiyanı simvolizə edən və ya şöhrətləndirən adların verilməsi qadağandır. Rusiya tarixində yaddaqalan yerlər, tarixlər, hadisələrlə əlaqəli toponimlər də qadağandır.

Qanun coğrafi obyektlərə Ukraynaya və ya başqa ölkəyə qarşı təcavüz etmiş, sovet və Rusiya rejimlərinin totalitar siyasətini və praktikasını həyata keçirmiş tarixi şəxsiyyətlərin adının verilməsini qadağan edir.

 

 

Diaspora