Çin Tayvan üzərində potensial müharibə şəraitində düşmən peyklərinə "nəzarəti ələ keçirmək" üçün mürəkkəb kiber silahlar qurur.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
"ABŞ hərbi rəsmiləri Çinin hərbi kosmik texnologiyasının, o cümlədən peyk rabitəsinin inkişafında əhəmiyyətli irəliləyiş əldə etdiyi barədə xəbərdarlıq edib”, - məlumatda qeyd edilib.
Nəşr bildirib ki, Tayvan hazırda Çinin hücumuna tab gətirə biləcək rabitə infrastrukturunu qurmağa çalışır.