Rusiya səfirliyi məqaləyə görə isveç jurnalisti hədələdi

Rusiya səfirliyi məqaləyə görə isveç jurnalisti  hədələdi backend

Rusiyanın İsveçrədəki səfirliyi yerli jurnalisti işğal olunmuş Melitopol haqqında reportaj hazırladığı üçün hədələyib.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, Rusiya səfiri Sergey Qarmonini Xarici İşlər Nazirliyinə çağırılıb.

"Rusiyanın Berndəki səfirliyi NZZ jurnalistini reportajına görə Rusiyada hüquqi tədbirlər görəcəyi ilə hədələyib. Bu hərəkət qəbuledilməzdir və biz Rusiya səfirini bu barədə məlumatlandıracağıq", - İsveçrə Xarici İşlər Nazirliyi bildirib.

Qeyd edək ki, aprelin əvvəlində İsveçrənin “Neue Zurcher Zeitung” qəzeti Melitopolun Rusiya işğalı altındakı həyatından bəhs edən uzun müəllif məqaləsi dərc edib. Materialın əhəmiyyətli bir hissəsi ukraynalı partizanların şəhərdəki fəaliyyətinə həsr edilib.

QAZİLER.AZ

Diaspora